10 oktyabr 2025 11:32
113

Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub

Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat xidmətinin gerional qrupundan "İki sahil"ə verilən məlumata görə, Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar. Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.
Araşdırma aparılır.