Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” doğma divarlar arasında “Şamaxı”nı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rikardo Apolinariyo vurub.
Bununla da “Şamaxı” Qəbələ səfərində 3 xal qazanmağa nail olub.
Misli Premyer Liqası,
7-ci tur
5 oktyabr
17:30. “Qəbələ” 0-1 “Şamaxı”
Qol: Rikardo Apolinariyo, 7-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”