"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisində qalib gəlib.
“İki sahil” xəbər verir ki, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.
İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.
Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək