Moldova prezidenti Maya Sandu tərəfindən qurulan "Fəaliyyət və Həmrəylik Partiyası" parlament seçkilərində 2021-ci il seçkilərindən 2,6 faiz az olmaqla 50,20% səs toplayıb.
“İki sahil” xəbər verir ki, yekun nəticələr Mərkəzi Seçki Komissiyasının iclasında təsdiq edilib.
MSK sədri Anjelika Karaman qətnamə layihəsini oxuyub və bildirib ki, bu, yekdilliklə qəbul edilib.
Belə ki, "Fəaliyyət və Həmrəylik Partiyası" 792 557 səs (50,20%), "Vətəndə Demokratiya Partiyası" 88 679 səs (5,62%), "Sosialistlərin, Kommunistlərin Vətənpərvər Bloku", "Moldovanın Ürəyi və Moldovanın Gələcəyi" 381 984 səs (24,120%), "Alternativ" – 127 020 (7,96%) səs, "Bizim Partiya" isə 97 852 səs (6,20%) səs toplayıb.
Bununla da Moldova prezidentinin partiyası 101 yerlik parlamentdə 55 yer alacaq.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq