İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir.
Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır.
Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq