05 oktyabr 2025 18:57
111

İspaniya Futbol Federasiyası ilə “Barselona” arasında gərginlik

İspaniya Futbol Federasiyası (RFEF) ilə “Barselona” klubu arasında gərginlik yaranıb.

“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu, Lamin Yamalla əlaqədardır.

Hələ sentyabrda milinin oyunlarından sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik bildirmişdi ki, İspaniya yığması futbolçuların sağlamlığına diqqət etmir. Alman mütəxəssis Yamalın özünü diskomfort hiss etməsinə baxmayaraq, milli oyunlarda iştirak etməsindən narazı qalmışdı.

Mətbuatın məlumatına görə, “Barselona”nın xahişinə baxmayaraq, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente zədəli Yamalı oktyabrdakı oyunlar üçün yenidən heyətə dəvət edib.

Məsələ ilə əlaqədar RFEF rəhbəri Rafael Lusan deyib: “Barselona” böyük klubdur və biz onlarla fəaliyyətimizi əlaqələndiririk. Belə səs-küy və mübahisələrə həddindən artıq əhəmiyyət verməməliyik, vəziyyəti ədalətli qiymətləndirmək lazımdır.

Əgər tibbi rəy varsa, hər şey düzgün şəkildə dəyərləndirilməlidir. Əsas odur ki, İspaniyanın kişi və qadın yığmaları dünya reytinqində birinci yerdədir. Mən xoş atmosfer və qarşılıqlı anlaşma olan mühitləri sevirəm”.