Serbiyada sabitliyi pozmaq və parçalamaq məqsədilə rəngli inqilab həyata keçirmək cəhdinin arxasında Avropanın üç ölkəsi – Böyük Britaniya, Fransa və Almaniya dayanır.
“İki sahil” xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib.
“Məqsəd təkcə Serbiyada sabitliyi pozmaq deyil, həm də onu parçalamaqdır. Bu da təbii ki, Balkan regionunda serb xalqının gücünü zəiflədə bilər. Özünü “qeyri-hökumət təşkilatı” adlandıran, əslində isə xaricdən idarə olunan müəyyən strukturlar bu fəaliyyətlə məşğul olur. Onlar Serbiyaya qarşı fəaliyyət göstərir, seçki prosesini mənasızlaşdırır və azlığın iradəsini çoxluğa sırımağa çalışırlar”, - deyə o bildirib.
Milorad Dodik qeyd edib ki, serblərin əksəriyyəti Prezident Aleksandar Vuçiçi və onun siyasətini dəstəkləyir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq