05 oktyabr 2025 17:13
125

"Sabah" 2 qol vurub 3 xal qazandı

Misli Premyer Liqasınən 7-ci turunda “Karvan-Yevlax” “Sabah” ilə üz-üzə gəlib.

İki sahil”in məlumatına görə, Şamaxıda baş tutan qarşılaşmanın 31-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Coy-Lens Mikels hesabı açıb. 37-ci dəqiqədə isə Kahim Parris “Sabah”ın üstünlüyünü iki topa yüksəldib.

Yarış bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

7-ci tur

5 oktyabr

15:00. “Karvan-Yevlax” 0-2 “Sabah”

Qollar: Coy-Lens Mikels, 31-pen. Kahim Parris, 37

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”