İsrail HƏMAS-ın yaxın zamanda girovları azad etməyə razılıq verməyəcəyi təqdirdə, hərbi təzyiqləri artıraraq onu tamamilə məhv etməyə hazırdır.
“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats bildirib.
"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin mərkəzindədir və hadisələrin inkişafına hazırdır. Əgər HƏMAS girovları azad etməkdən imtina edərsə, Ordu atəşi yenidən gücləndirəcək", - nazir vurğulayıb.
Kats deyib ki, yaxın gələcəkdə ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq bütün girovların dərhal azad edilməsi gözlənilir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq