Nepalda güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub, nəticədə 47 nəfər həyatını itirib.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə rəsmiləri məlumat yayıb.
Polis sözçüsü Kalidas Dhaubojinin sözlərinə görə, Hindistanla həmsərhəd olan İlam rayonunda torpaq sürüşməsi nəticəsində 35 nəfər həlak olub.
O əlavə edib ki, 9 nəfər itkin düşüb, daha 3 nəfər isə Nepalın digər bölgələrində ildırım vurması nəticəsində ölüb.
İtkin düşənlərin tapılması üçün xilasetmə işləri davam edir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq