Çinin cənubundakı Haynan adasında “Matmo” qasırğası ilə əlaqədar 197 min sakin yaşadığı yerdən təxliyə edilib.
“İki sahil” xəbər verir ki, ilin 21-ci qasırğası olan “Matmo” oktyabrın 5-də Haynan adası və Quandon əyalətinin sahillərinə çatıb. Meteorologiya xidmətinin məlumatına əsasən qasırğanın gətirdiyi küləyin sürəti saniyədə 42 metrə çatır. Sosial mediada güclü küləyin ağacları, elektrik dirəklərini, hətta avtomobilləri aşırmasına dair görüntülər yayılıb.
Qasırğa ilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq elan edilən Quandon əyalətində 150 min sakin təxliyə edilib. Qonşu Quansi Cuan Muxtar Rayonunda da qasırğa ilə əlaqədar qabaqlayıcı tədbirlər görülüb. Veycou adasından 26 min turist təxliyə edilib, bərə səfərləri, sahildə və dənizdə bütün fəaliyyətlər dayanadırılıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq