"Rusiya ordusu oktyabrın 5-nə keçən gecə Ukraynanın infrastrukturuna zərbələr endirib".
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalına məlumat verib.
"Bu gecə Ukrayna Rusiya tərəfindən 50-dən çox raket və 500-ə yaxın dronla hücuma məruz qalıb. Hücum zamanı qanadlı raketlərdən, "Shahed" dronlarından və "Kinjal" hipersəsli aviasiya raketlərindən istifadə olunub. Lvov, İvano-Frankovsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa, Kirovoqrad vilayətləri zərbələr altında olub" , - deyə o vurğulayıb.
Zelenski qeyd edib ki, son məlumata görə, hücum nəticəsində beş nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Qeyd edək ki, Lvovda dörd nəfərdən ibarət bütöv bir ailə zərbələr nəticəsində həlak olub.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq