Gürcüstan, Almaniya, Albaniya, Xorvatiya və İran səlahiyyətliləri İnterpolun qırmızı bülleteni ilə axtarışda olan ümumilikdə altı nəfəri, həmçinin yerli axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə ekstradisiya edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü sosial şəbəkədəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, cinayətkarların əksəriyyəti Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Ankaraya təhvil verilib.
Türkiyəyə gətirilən şəxslər fiziki zərərvurma, banditizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, maliyyə cinayətləri və digər cinayətlərdə ittiham olunaraq axtarışa verilib.
A.Yerlikaya axtarışda olan şəxslərin təhvil verilməsinin təşkilində iştirakına görə Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq