Gürcüstanda konstitusiyalı quruluşu devirməyə yönəlmiş aksiyaya əcnəbilər və diplomatlar birbaşa dəstək verib.
“İki sahil” xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu" Partiyasının ofisində keçirilən brifinqdə bildirib.
"Aksiyalarda zorakılıqlar edən şəxslər məsuliyyətdən qaça bilməyəcək. Heç kim cəzasız qalmayacaq, bizim cinayətkarları müəyyən etmək üçün hətta keçən il etdiyimizdən qat-qat çox resurslarımız var", - Kobaxidze vurğulayıb. O əlavə edib ki, artıq bir neçə nəfər saxlanılıb və daha çoxlarının müəyyən edilərək məsuliyyətə cəlb olunacağı gözlənilir.
Baş nazir qeyd edib ki, dövlət və hüquq-mühafizə orqanlarına qarşı törədilmiş zorakılıqlara görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verəcəklər: "Konkrekt adamlar, o cümlədən əcnəbilər və diplomatlar üzlərini göstərirlər. Bir daha hər kəsə xatırlatmaq istəyirəm ki, konkret strukturların nümayəndələri aksiyaya birbaşa dəstək veriblər. Buna baxmayaraq, bu gün susurlar. Cəmiyyət bunu görür".
Kobaxidze həmçinin dünən yaralanan polis əməkdaşlarından da danışıb. Onun sözlərinə görə, 15 polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri sabitdir və sağalırlar. Baş nazir xidmətdə olan hər bir polis əməkdaşına xüsusi dəstəyini çatdırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq