05 oktyabr 2025 11:23
100

Azərbaycan badmintonçuları III MDB Oyunlarında 7 medal qazanıblar

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, badmintonçu rusiyalı Marina Tarasova ilə qarşılaşıb.

Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, badminton yarışlarına bu gün yekun vurulacaq. Daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.