04 oktyabr 2025 21:42
131

İsmayıllıda iki maşın toqquşub

İsmayıllıda baş verən yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində yol-nəqliyyat hadisəsi nəticəsində Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində həyatını itirib.

"Mercedes" markalı avtomobildə olan üç, "BMW" markalı nəqliyyat vasitəsində isə 1 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"