ABŞ Prezidenti Donald Tramp yeddi silahlı münaqişənin həllinə nail olduğunu bildirib.
“İki sahil” ABŞ KİV-ə istinadən xəbər verir ki, o, bunu ABŞ Dəniz Piyadaları Korpusunun Kuantiko (Virciniya ştatı) bazasına yola düşməzdən əvvəl jurnalistlərlə söhbət zamanı bildirib.
"Mən yeddi müharibəni nizamladım. Dünən biz, ola bilsin ki, onlardan ən böyüyünü həll etdik. Hərçənd bilmirəm - Pakistan və Hindistan arasındakı münaqişə də çox ciddi idi", - ABŞ Prezidenti qeyd edib.
O, həmçinin əldə edilmiş irəliləyişin əhəmiyyətini vurğulayıb. "Yaxın Şərqdə 3000 il ərzində sülh nizamlanması olmayıb", - Tramp deyib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir