Ciorcia Meloninin rəhbərliyi altında İtaliya hökumətinin diplomatik səyləri çərçivəsində Qəzzadan xəstə uşaqlar qəbul edilir.
“İki sahil” “Euronews”a istinadla xəbər verir ki, Qəzzadan 15 uşaq qohumlarının müşayiəti ilə yerli xəstəxanalarda müalicə almaq üçün İtaliyaya gətirilib. Tibbi evakuasiya Ciorcia Meloni hökumətinin müharibə zamanı yaralanmış və ya müalicə almaq imkanı olmayan uşaqlara yardım göstərmək məqsədilə həyata keçirilən diplomatik təşəbbüslərin bir hissəsidir.
İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə Qəzzadan tibbi evakuasiya proqramı çərçivəsində İtaliyaya 196 uşaq və onların 454 ailə üzvü gətirilib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir