Polşa İkinci Dünya müharibəsinə görə Rusiyadan təzminat tələb etməyin real olmadığını hesab edir. “İki sahil” TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Radio Zet” radiostansiyasının efirində Polşa Prezidenti Karol Navrotski bildirib.
“Hazırda Rusiyadan təzminat mövzusunun gündəmə gətirilməsi reallaşdırılması mümkün olmayan bir məsələ olardı”, – deyə Navrotski vurğulayıb. O, həmçinin qeyd edib ki, belə bir mövzuda Rusiya ilə dialoq aparmaq Berlin üçün “təhqir” olardı.
Eyni zamanda, Almaniyanın nasist işğalı illərində Polşaya vurduğu zərərə görə təzminat məsələsi 2018-ci ildən bəri aktiv şəkildə müzakirə olunur. 2022-ci il sentyabrın 1-də nasist Almaniyasının 1939–1945-ci illərdə hücumu və işğalı nəticəsində Polşaya dəymiş itkilərlə bağlı üçcildlik hesabat təqdim edilib. Hesabatda göstərilən yekun məbləğ 6,2 trilyon zlotı (təxminən 1,5 trilyon dollar) təşkil edib.
Almaniya hökuməti dəfələrlə bəyan edib ki, hər hansı ödəniş üçün əsas görmür, çünki Polşa 1953-cü ildə rəsmi olaraq təzminatdan imtina edib. Donald Tuskun başçılıq etdiyi yeni Polşa hökuməti isə əvvəlki miqdarda təzminatdan imtina edərək Almaniya tərəfinə vurulmuş ziyanın ödənilməsi üçün “kreativ həll yolu” tapmağı təklif edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir