Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının komandası ölkədə uzunmüddətli sülhün qorunması üçün hər şeyi edəcək. Bu da öz növbəsində ölkədə daha böyük iqtisadi inkişafa gətirib çıxaracaq.
“İki sahil” xəbər verir ki, bu sözləri hakim partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze Asiya İnkişaf Bankının dərc etdiyi iqtisadi artım reytinqləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən söyləyib.
"Ən mühüm və önəmli olan ölkəyə sülh və uzunmüddətli əmin-amanlıq gətirən siyasəti davam etdirməkdir. Öz növbəsində sülh iqtisadi rifah, tərəqqi, yenidənqurma, inkişaf gətirir. Bu proses geri dönməzdir. Biz ölkədə uzunmüddətli sülhün qorunması üçün hər şeyi edəcəyik”, - deyə Kaxa Kaladze bildirib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir