Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib.
“İki sahil” xəbər verir ki, o, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib.
"ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ Prezidenti Donald Tramp şahid qismində bu bəyannaməyə imza atıb", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, sülh tətil və ya istirahət deyil, sülh gündəlik zəhmətdir.
"Dünya, yeni doğulmuş körpə kimi, gündəlik qayğı tələb edir. Bizim yeni doğulmuş dünyamız bu gün 1 ay 22 günlük oldu və biz ona qayğı göstərməli, onu sevməli və qorumalıyıq ki, böyüsün, yetişsin, güclərlə dolsun və Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə kömək etsin", - deyə Baş nazir qeyd edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir