29 sentyabr 2025 16:27
147

III MDB Oyunları: Azərbaycanın 5 taekvondoçusu finala yüksəlib, 6-sı bürünc medal qazanıb

Azərbaycanın beş taekvondoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, bunlar kişilərdə Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədovadır (53 kq).

Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki yarışda altı taekvondoçu bürünc medalın sahibi olublar.

Kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) yarışı bürünc mükafatla başa vurublar.