NATO pilotsuz uçuş aparatları ilə bağlı Danimarkada qeydə alınmış insidentlərdən sonra Baltik dənizində mövcudluğunu gücləndirdiyini açıqlayıb.
“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, regiona hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş bir freqat, həmçinin əlavə kəşfiyyat, müşahidə və patrul vasitələri göndəriləcək.
Hazırlığın artırılması həftənin əvvəlində baş vermiş hadisələrlə bağlıdır. Bir neçə iri dron Kopenhagen üzərindəki hava məkanında müşahidə olunmuş və bu, Şimali Avropanın ən böyük hava limanının bir neçə saatlıq bağlanmasına səbəb olmuşdu.
Analitiklərin fikrincə, NATO-nun atdığı addımlar həm qətiyyət nümayiş etdirmək, həm də dronlarla mübarizənin praktiki yollarını tapmaq məqsədi daşıyır.
Hazırlığın gücləndirilməsi yanvar ayında başlanmış “Baltic Sentry” əməliyyatını da tamamlayır. Əməliyyat regionda hava və dəniz məkanına genişləndirilmiş nəzarəti nəzərdə tutur. Burada aviasiya, pilotsuz uçuş aparatları, gəmilər və sualtı qayıqlar iştirak edir. Əməliyyatın məqsədi potensial düşmənçilik fəaliyyətlərinin qarşısını almaqdır.
Bundan əlavə, NATO-nun Baş katibi Mark Rütte sentyabrın ortalarında Rusiya təyyarəsinin Polşanın hava məkanını pozmasından sonra alyansın şərq cinahında əlavə tədbirlərin görüləcəyini açıqlamışdı.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir