Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb ki, Fransadan olan 2400 hərbiçi 30 sentyabra qədər ölkəyə göndəriləcək. “İki sahil” xəbər verir ki, onlar NATO-nun “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimlərində iştirak edəcəklər.
Nazirliyin açıqlamasında qeyd olunur ki, fransız kontingenti, Çinku bölgəsində yerləşən NATO döyüş qrupuna əlavə olaraq, bu gündən etibarən Djurdju və Vama-Veke sərhəd-keçid məntəqələrindən Rumıniyaya daxil olur.
Təlimlər 20 oktyabr – 13 noyabr tarixlərində Çinku, Smırdan, Kapu-Midiya, Babadaq, Boqate, Alba-Yuliya, Hanu-Konaki, Cermate və Kırçișoara poliqonlarında keçiriləcək.
Ümumilikdə, təlimlərə 5 min hərbçi və 1200 hərbi texnika cəlb olunacaq. Qoşunlar Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransanı təmsil edəcək. Təlimlər Rumıniya ilə yanaşı, Bolqarıstan ərazisində də aparılacaq.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir