Nigeriyanın şimalındakı Zamfara ştatında yerləşən mədəndə baş verən torpaq sürüşməsi nəticəsində azı 18 nəfər həyatını itirib. İtkin düşən işçilərin axtarışları davam edir.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, hadisə cümə axşamı Maro bölgəsinin Kaduri kəndi yaxınlığında güclü yağışlardan sonra nəhəng qayanın mədən üzərinə aşması nəticəsində baş verib.
Xilasetmə işlərində iştirak edən mədənçilərdən biri Sani Lavali deyib ki, indiyədək 18 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
O əlavə edib ki, 12 fəhlə hələ də mədəndə qalıb və onların taleyi naməlumdur. Xilasetmə əməliyyatı davam edir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir