Çinin keçmiş kənd təsərrüfatı və kənd işləri naziri Tan Rencien külli miqdarda rüşvət aldığına görə iki il möhlətlə edam cəzasına məhkum edilib.
“İki sahil” xəbər verir ki, Çançun şəhər xalq məhkəməsinin verdiyi hökmə əsasən, keçmiş nazir siyasi hüquqlarından ömürlük məhrum edilib. Bundan başqa, onun bütün şəxsi əmlakı müsadirə olunacaq və rüşvətdən əldə etdiyi qeyri-qanuni gəlirlər bərpa olunaraq dövlət xəzinəsinə təhvil veriləcək.
Məhkəmə bəyan edib ki, Tan Rencien 2007-2024-cü illərdə müxtəlif vəzifələrdə işləyərkən biznes əməliyyatı, layihə müqaviləsi bağlamaq və işə düzəltmək kimi məsələlərdə başqalarına kömək etmək üçün həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrindən istifadə edib. Bunun müqabilində o, ümumi dəyəri 268 milyon yuandan (təxminən 38 milyon ABŞ dolları) çox olan pul və qiymətli əşyaları rüşvət kimi alıb. Məhkəmə onun dövlətin və xalqın mənafeyinə böyük zərər vuran cinayətlərinin ölüm cəzasına məhkum edilməsinə qərar verib.
Sabiq nazir günahını boynuna alıb və son ifadəsində peşman olduğunu bildirib.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Tan Rencian karyerasının ilk illərində Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyində işləyib. 2014-cü ildə Quansi Cuan Muxtar Rayonu qubernatorunun müavini təyin olunub. 2017-ci ildən Qansu əyalətinin qubernatoru vəzifəsini müvəqqəti icra edib. 2020-2024-cü illərdə kənd təsərrüfatı və kənd məsələləri naziri işləyib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir