Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa dəvəti qüvvədə qalır, bundan sonra Amerika tərəfi öz qərarlarını verməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "TASS"a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətin qüvvədə qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
"Bu daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və buna görə şad olardı. Hər şey Trampın qərarından asılıdır", - Kreml sözçüsü bildirib.
Avqust ayında Ankoricdə Trampla danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif edib. Amerika lideri bunu mümkün saysa da, buna görə tənqid olunacağını etiraf edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir