Berlinin müxtəlif ərazilərində Qəzzaya dəstək aksiyaları keçirilib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, polisi məlumatına görə, aksiyalara ümumilikdə 60 min nəfər qatılıb. Ən böyük mitinq “Bütün nəzərlər Qəzzaya” şüarı altında Berlinin mərkəzi - Mitte rayonunda təşkil olunub. Berlinin mərkəzi küçələri ilə yürüş edən iştirakçılar “Qəzzaya dəstək”, “Soyqırımı dayandırın”, “İsrailə silah tədarükünə son verin” kimi şüarlar səsləndiriblər.
Kroyzberq rayonunda keçirilən aksiya zamanı polis konstitusiyaya zidd olan və terror təşkilatlarını təbliğ edən şüarların səsləndirildiyini və rəmzlərin nümayiş olunduğunu əsas gətirərək yürüşün qarşısını alıb.
Ümumilikdə mitinqlər zamanı 72 nəfər saxlanılıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir