Moldovada parlament seçkiləri keçirilir.
“İki sahil” Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, vətəndaşlar növbəti 4 il ərzində ölkəni idarə edəcək 101 parlament üzvünü seçirlər.
Parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir.
Parlament seçkilərini 3423 yerli və xarici müşahidəçi izləyir.
Onlardan 2496 nəfəri yerli, 912-si isə xarici müşahidəçidir. Xarici müşahidəçilərdən 296-sı beynəlxalq təşkilatların nümayəndələridir.
Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermə prosesinin sadələşdirilməsi üçün Moldovada və xaricdə 30 seçki məntəqəsində həm kağız, həm də elektron seçici siyahılarından istifadə edir.
Seçicilərin azı 30 faizi iştirak etdikdə seçki baştutmuş hesab ediləcək.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir