Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
“İki sahil” xəbər verir ki, bu, Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına əsasən müəyyənləşib.
Ölkə 21.500 əmsalla 25-ci pillədə qərarlaşıb. 26-cı sıradakı Slovakiyanın 21.375, 24-cü mövqedəki Serbiyanın 22.375 əmsalı var.
Qeyd edək ki, sıralamada İngiltərə (96.227) birincidir.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək