Sentyabrın 25-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri qaytardı. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin şəxsiyyət faktoru sayəsində mümkün oldu.
Bildirildi ki, bu gün ölkəmizdə səhid ailələri və qazilərimiz daima dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.
Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların müraciət və təklifləri nəzarətə götürüldü.
Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Akif Quliyev: Azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:
474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb
İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir
İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir