Bolqarıstanın Baş nazirinin müavini Atanas Zairov avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan tərəfindən imzalanmış birgə bəyannaməni alqışlayıb.
“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə A.Zairov bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda keçirilən görüşdə bildirib.
Danışıqlar zamanı tərəflər biznes forumların təşkilinin və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıblar.
Onlar, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığı və digər regional məsələləri müzakirə ediblər.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib