22 sentyabr 2025 22:02
191

Qubada ayılar kənd sakinlərinin heyvanlarını parçalayıb - VİDEO/FOTO

Qubanın Səbətlər kənd sakinləri İsa Hüseynova məxsus camışı və Əhmədov Sübhana məxsus inəyi ayı öldürüb.

“İki sahil” xəbər verir ki, qısa zaman aralığında heyvanları tələf edən ayıların, yerli sakinlərin bildirdiyinə görə, artıq kənd ərazisində də izləri görünür.

Sakinlər bildirir ki, kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək təhlükəsi ilə üzləşiblər.  

Faktı Səbətlər kəndinin daxil olduğu Çiçi-Zərqava kənd bələdiyyəsinin sədri Arif Ömərov da məsələni təsdiqləyib. Onun bildirdiyinə görə, ayı hücumları ilə bağlı müvafiq orqanlar məlumatlıdır. 

Aydın Adıgözəlov,
Quba