Serbiya azad ticarət sazişləri imzaladığı ölkələrin sayının artırılması istiqamətində fəal iş aparır.
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 25) çərçivəsində bildirib.
"Biz əvvəlki kimi azad ticarətə çox diqqət yetiririk. Bu baxımdan son bir neçə ildə qeyd olunan istiqamətdə fəal iş aparır və yeni sazişlər imzalamağa davam edirik. Biz İsveçrədən sonra Çinlə azad ticarət haqqında saziş imzalamış ikinci Avropa ölkəsiyik. Bu yaxınlarda Misirlə sazişimiz qüvvəyə minib", - nazir qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar kiçik bir ölkənin rəqabət aparmaq və ətrafındakı bütün böhranlara davam gətirmək iqtidarında ola biləcəyini göstərir.
Xarici tələbin stimullaşdırılması iqtisadi artım üçün yeni imkanlar yarada bilər - Azərbaycanın mənzil bazarı
ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib