Almaniyanın paytaxtında keçirilən 51-ci Berlin marafonunda keniyaçı idmançılar qalib gəliblər.
“İki sahil” xəbər verir ki, kişilərin yarışında Keniyadan olan idmançı Sebastian Saue (Sawe) 2 saat 2 dəqiqə 16 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. O, həmçinin 60 min avro məbləğində mükafat qazanıb.
Qadınlar arasında yarışda da keniyalı atlet birinci olub. Rosemari Vanciru (Rosemary Wanjiru) marafonu 2 saat 21 dəqiqə 5 saniyəyə başa vurub.
Ənənəvi idman tədbiri bu il də Berlin küçələrində böyük maraqla qarşılanıb. Marafonda dünyanın müxtəlif ölkələrindən 60 mindən çox iştirakçı 42 kilometrlik məsafəni qət edib.
"Fənərbağça"nın prezidenti barəsində yayılan iddiaları hüquq pozuntusu adlandırıb