Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.
"Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Azərbaycan türkü qardaşlarımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik",-məlumatda qeyd olunub.
Bildirilib ki, Türkiyə "Bir millət, iki dövlət" anlayışı ilə hər zaman Azərbaycanla bir və bərabər olmağa davam edəcək.
Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir
Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər