18 sentyabr 2025 16:47
78

Toyota və Hyundai ABŞ-da satılan 1,1 milyon avtomobili geri çağırır

"Toyota Motor" və "Hyundai Motor" bir sıra texniki problemləri həll etmək üçün ABŞ-da satılan 1,1 milyon avtomobili geri çağırır.

“İki sahil” "Reuters"-ə istinadla xəbər verir ki, bu barədə Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Agentliyin məlumatına görə, "Toyota Motor Venza", "Highlander", "Lexus", "Tacoma" və "GR Corolla" modelləri də daxil olmaqla 591 mindən çox avtomobili geri çağırır. Araşdırma zamanı məlum olub ki, bəzi avtomobillərdə proqram xətası alətlər qrupunun sürəti, əyləc xəbərdarlıqlarını və təkər təzyiqini göstərməsinə mane olur. NHTSA hesab edir ki, bu nasazlıq qəza riskini artırır.

"Hyundai Motor" isə 568 mindən çox avtomobili sərnişin təhlükəsizlik kəmərlərində yaranan problemlərə görə geri çağırır. Onlar yerində möhkəm bağlanmır və qəza zamanı sərnişinlərin xəsarət almasına səbəb ola bilər.