18 sentyabr 2025 15:12
73

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Britaniyada Rusiya kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi iddia edilən 3 nəfərin həbs edildiyi açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb. Saxlanılanlardan ikisi - 41 yaşlı kişi və 35 yaşlı qadın bir ünvanda, 46 yaşlı kişi isə başqa ünvanda saxlanılıb.

"Hər üçü 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü maddəsinə zidd olaraq xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək saxlanılıb və Londondakı polis bölməsinə aparılıb. Şübhəli ölkə Rusiyadır", - deyə məlumatda bildirilir.

Polis əməkdaşları iki ünvanda axtarış aparıb, sonra hər üçü şərti zaminə buraxıblar. İstintaq davam edir.