Milli Məclisdə Qərbi Azərbaycana qayıdış və Azərbaycançılıq ideologiyasının təbliğinə həsr edilən dinləmələr keçiriləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin Gənclər və İdman komitəsinin 2025-ci il payız sessiyası üzrə İş planına daxil edilib.
"Qərbi Azərbaycana qayıdışda gənclərin rolu" mövzusundakı müzakirəyə xaricdə və ölkədə təhsil alan tələbələrin dəvəti gözlənilir.
Komitənin iş planındakı digər dinləmə isə Gənclər və Gənclər Təşkilatlarının Azərbaycançılıq ideologiyasının təbliğində rolu mövzusunu əhatə edəcək.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib