Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiya və İsraillə bağlı mövqeyinə görə Brüsseldə artan tənqidlərlə üzləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, o, öz işinin öhdəsindən gələ bilmirsə, bu işi başqası görəcək.
“Politico”nun məlumatına görə, Kallasın fəaliyyəti onun Avropa Komissiyasındakı və digər Avropa siyasi dairələrindəki bəzi həmkarlarında müsbət təəssürat yaratmayıb. Onun xüsusilə Avropa Şurasının prezidenti Antonio Kosta ilə gərgin münasibətləri olduğu deyilir.