18 sentyabr 2025 11:51
89

Milli Məclis bərpa olunan enerjiyə dair dinləmə keçirəcək

Milli Məclisdə "Strategiya, nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda ictimai dinləmə keçiriləcək.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin payız sessiyası üzrə iş planına daxil edilib.

Bu ictimai dinləmə Azərbaycanda bərpa olunan enerji sahəsinə həsr olunacaq.