18 sentyabr 2025 11:47
68

Kozakın istefası qəbul edilib

Dmitri Kozakın Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.

"Kozakın xahişi təmin edilib. Cümə günü onun vəzifəsində sonuncu iş günü olacaq", - agentliyin mənbəsi aydınlıq gətirib.

Bir gün əvvəl RBC iki mənbəyə istinadla Dmitri Kozakın istefası barədə məlumat yayıb. Nəşr aydınlaşdırıb ki, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini istefa ərizəsini həftəsonu (13-14 sentyabr) verib. Kozak sentyabrın 17-də axşam saatlarında komandası ilə vidalaşıb.

Hər iki RBC mənbəsi Dmitri Kozakın istefasının biznesə keçmək təklifi ilə bağlı olduğunu iddia edib.