Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.
AQTA-dan “İki sahil”ə verilən məlumata görə, tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirib.
Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə III MDB Oyunları təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
№ |
Müəssisə |
Ünvan |
Aşkarlanan nöqsanlar |
1 |
“Gilavar-2” restoranı |
Göygöl şəhəri, A.Kazımov küçəsi |
1.Mətbəx və manqal sahələrində havalandırma sisteminin qurulmadığı 2.Soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu 3.Qida məhsullarının qəbuluna və istifadəsinə dair nəzarətin aparılmadığı, filtrasiya və təmizləmə proseslərinin kifayət etmədiyi 4.Qida məhsullarının emalı, istehsalı və saxlanması üçün tələb olunan şəraitin təmin edilmədiyi |
2 |
“Üç Qardaş” restoranı |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
1.İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmadığı 2.İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmədiyi 3.Qəbul edilən məhsulların etiketlənməsi, qablaşdırılması və yararlılıq müddətinə nəzarət olunmadığı, yararlılıq müddəti bitmiş məhsulların satışına yol verildiyi |
3 |
“Kolorit” restoranı |
Gəncə şəhəri, Cavadxan küçəsi 2 |
1.Anbar sahəsinin standartlara uyğun olmadığı 2.Mətbəxdə divar səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin standartlara uyğun olmadığı 3.Fritoz yağlarının vaxtlı-vaxtında dəyişdirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi |
4 |
“Aşurlu” restoranı |
Gəncə şəhəri, Totanlı küçəsi 36 |
1.Toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədin mövcud olmadığı 2.Keyfiyyəti və mənşəyi barədə məlumat olmayan süd məhsullarından istifadə edildiyi, üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma şəraiti ilə bağlı qeydlərin olmadığı 3.Çalışan işçilərin sanitar geyim forması ilə təmin olunmadığı |
5 |
“Polad” restoranı |
Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsi |
1.Qida məhsulu ilə təmasda olan material və məmulatların saxlanması üçün sahə və bölmələrin ayrılmadığı 2. Tullantı qutularının mövcud olmadığı 3.Mətbəx və manqal sahəsində istifadə olunan alət və avadanlıqların təmizlənəbilən, korroziyaya davamlı və qeyri-toksik materialdan hazırlanmadığı |
6 |
“Aytac” restoranı |
Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsi |
1.Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi 2.Müəssisənin emal və yardımçı sahələrində döşəmə və divar səthlərinin tamlığının pozulduğu 3.Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmadığı 4.Mətbəxdə pəncərələrin sınıq olduğu və standartlara uyğun olmadığı |