Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi, xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi sahəsində oxşar mövqelərə malik olduğunu vurğulayıb.
Qazaxıstanın dövlət başçısı dinlərarası anlaşma və qarşılıqlı fəaliyyətin təşviqinə dair ümumi istəyin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini bildirib.
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram