SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İstanbulda təşkil olunan “Teknofest-2025” Aerokosmik və texnologiya festivalının finalına vəsiqə qazanmış komandalarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, rektor Elmar Qasımov komandalara uğurlar arzulayaraq onların finalda yüksək nəticə əldə edəcəyinə əminliyini bildirib. O qeyd edib ki, BANM Azərbaycandan ən çox sayda komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir, 43 komandadan 30-u BANM komandasıdır. Rektor Ali Məktəbdə bu yarışa xüsusi diqqət ayrıldığını vurğulayıb və bildirib ki, ilk illə müqayisədə finala qatılan komandaların sayı 3 dəfə artıb.
“Teknofest”in Azərbaycandakı nümayəndəsi Ahmet Köse BANM-in Azərbaycandan ən çox komanda ilə finalda təmsil olunaraq “Teknofest”in qüruru olmağa davam etdiyini vurğulayıb və finalda da yüksək nəticələr qazanacağına inandığını bildirib.
SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentinin İnnovasiyalar şöbəsinin rəis müavini Xeyrəddin Mehdizadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Vüsalə Qurbanova komandalara uğurlar arzulayaraq hər zaman dəstək göstərməyə hazır olduqlarını qeyd ediblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO