16 sentyabr 2025 22:58
108

Tanınmış idmançı məşq zamanı öldü

İtaliyalı tanınmış idmançı Çilidə, La Parva yamacında məşq zamanı yıxılaraq beyin ödemi keçirib və xilas edilə bilməyib.

“İki sahil” xəbər verir ki, İtaliya Qış İdmanları Federasiyasının prezidenti Flavio Roda bunu "ailə və idman üçün faciə" adlandıraraq, bu cür hadisələrin təkrarlanmaması üçün tədbirlərin görüləcəyini bildirib. Federasiya həmçinin idmançının ailəsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, 1999-cu ildə anadan olan Franzoso gənclər arasında dünya çempionatında dördüncü olub, 2021-ci ildə Zinalda qalib gəlib və Dünya Kubokunda iştirak edib. O, 2023-cü ildə super-G üzrə İtaliya çempionu adını qazanmışdı.