Artan sərnişin tələbatını qarşılamaq üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.
"Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz", - məlumatda qeyd olunur.
Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək
"Azerbaijan International Mining Company Limited" şirkətinin hasilatı 7 dəfə artıb