15 sentyabr 2025 23:27
102

Ermənistan-Fransa əməkdaşlığı müzakirə edilib

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ermənistan KİV-i Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Görüş zamanı Kostanyan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları müzakirə edib.

Həmsöhbətlər Ermənistanın Avropaya inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə Ermənistan-Fransa əməkdaşlığının imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq və regional gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.