15 sentyabr 2025 17:33
221

Gənc yazar Tural İsmayılovun “Ölümsüz Ümidlər” adlı kitabının  təqdimat mərasimi keçirilib

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinim tabeliyində olan Yevlax şəhər Yaradıcıq evi “Ocaq” ədəbi birliyinin üzvü gənc yazar, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılovun “Ölümsüz Ümidlər” adlı kitabının  təqdimat mərasimi keçirilib. Tədbir Yevlax şəhər Mərkəzi Kitabxana Sistemində baş tutub. 

“İki sahil” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyəti Başçısının müavini Elnarə Əzizova və Aparatın məsul əməkdaşları, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhəri üzrə Nümayəndəsi Günel Cəfərova, şəhid ailələrinin nümayəndələri,müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri, mədəniyyət, səhiyyə, təhsil işçiləri və gənclər  iştirak ediblər.

Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbir çərçivəsində  moderator Fəridə Həsənova ədəbiyyat və kitab sevərləri salamladıqdan sonra,   müəllif geniş və məzmunlu nitqi ilə çıxış edib. 
Tural İsmayılov əvvəlcə əsərin məzmunu və mahiyyəti haqqında ətraflı danışıb.  Romanın xüsusi ilə gənclər üçün tərbiyəvi və maarifləndirici əhəmiyyətə malik olduğunu diqqətə çatdıran gənc yazar həmçinin müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları altında Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət kursundan danışdı.Qeyd edildi ki,Ölkə başçısının digər bütün sahələrə olduğu kimi elm,təhsil,mədəniyyət və ədəbiyyat sahəsinə də göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki,məhz bu sahələrdə hazırda böyük nailiyyətlər əldə olunub. Azərbaycanın son dönəmlərdə davamlı zəfərlər qazanması gənc yazarlar üçün ən böyük motivasiya olmaqla yanaşı bizləri öz tariximizi daha geniş səpkidə araşdırmağa,həm elmi,həm tarixi,həm də bədii yaradıcılıq nümunələri yaratmağa sövq edir. 

İlk musiqi təbriki səkkizinci televiziya muğam müsabiqəsinin laureatı Sabir Hüseynovun  ifasında təqdim edilib. Sonra  qiraətçilər Fəridə Həsənova və Zülfiyyə Bayramlının ifasında gənc yazarın şeirləri səsləndirildi. Tədbirdə həmçinin müəllifin milli ruhda yazdığı “Qəhrəman Şəhid” adlı şeiri də şəhid ailəsinin nümayəndəsi tərəfindən səsləndirilib. 

Ədəbi-bədii yaradıcılıq formatında  keçirilən tədbirdə çıxış edənlər Yevlax Şəhər İcra hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Yevlax ŞİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev, şəhid ataları Fərman Kazımov,Mehdi Adıgözəlov,Məhəmməd Tağıyev, şəhid övladı Zeynəb Kazımova, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev, şəhid bacısı, bəstəkar Sevinc Mansurova və başqaları müəllif və onun yaradıcılığı haqqında söhbət açaraq, səmimi fikirlərini və təbriklərini çatdırıblar. 

Tədbirin rəsmi və bədii hissəsi sona çatdıqdan sonra kitabın  imzalanma mərasimi keçirildi.

Sonda müəllif  “Ölümüsüz ümidlər” adlı kitabını Yevlax şəhər Mərkəzi Kitabxana Sismetiminə hədiyyə etdi və kitab direktor müavini Tofiq Həsənova təqdim olundu, xatirə şəkilləri çəkdirildi.