Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün infotur təşkil edilib.
“İki sahil” xəbər verir ki, infotur çərçivəsində Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakini Viktor Klaynın ev muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib.
Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN